Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Texniki suya olan tələbat içməli su hesabına ödənilir

Texniki suya olan tələbat içməli su hesabına ödənilir Hadisə

Texniki suya olan tələbat içməli su hesabına ödənilir

İçməli su problemi olduğu halda "Moyka"larda avtomobilləri Şollar suyu ilə yuyurlar

Yer kürəsindəki su ehtiyatlarının 97,5 faizi şor, yalnız 2,5 faizi içməli sudan ibarətdir. Şirin suyun 96 faizi isə bərk haldadır. Ümumdünya Ərzaq Təşkilatının hesablamalarına görə, son 100 il ərzində içməli suya olan tələbat əhalinin artım tempinə nəzərən iki dəfə artıb. Hazırda 1,1 milyard insan təmiz içməli su əldə etmək imkanından məhrumdur, 2 milyard insan hər gün su çatışmazlığı problemi ilə üz-üzədir. YUNESKO-nun yaydığı məlumata əsasən, 2030-cu ildə planet əhalisinin 47 faizi su çatışmazlığı ilə üz-üzə qalacaq. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, planet əhalisinin 20 faizi çirkli sudan istifadə edir. Sudan qaynaqlanan xəstəliklərdən hər 8 saniyədə 1, bir saatda 450, bir gündə 10 min 800, bir ildə 3 milyon 888 min uşaq həyatını itirir.
Azərbaycanın şirin su ehtiyatları olduqca azdır və bu göstəriciyə görə respublikamız Zaqafqaziyanın ən kasıb ölkəsi hesab olunur. Azərbaycanda 8300-dən artıq irili-xırdalı çay var. Elmlər Akademiyasının araşdırmasına görə, çay şəbəkəsinin hər kvadrat km-də şirin su ehtiyatı 0,36 km təşkil edir ki, bu da Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə 2 dəfə azdır. Respublikamızda cəmi 29,7 milyard kubmetr şirin su ehtiyatı var ki, hazırda onun da müəyyən hissəsindən istifadə olunur. Azərbaycanın ümumi su balansının 72 faizi qonşu dövlətlərin ərazisində formalaşır.
Öz ərazimizdə bərpa olunan sularımızın həcmi kənardan axan, yəni israf olunan su həcmindən 3 dəfə azdır. Quraqlıq ölkə sayılan Azərbaycanda təbii buxarlanma, yağmur-nəmişlikdən 2,7 dəfə çoxdur. Respublikanın yerüstü su ehtiyatları isə 32,2 milyard kubmetrdir. İsti və quraq vaxtlarda bu ehtiyat 23,2 milyard kubmetrədək azalır. Beləliklə, biz su ehtiyatlarının yalnız 10 milyard kubmetrindən (30 faizindən) istifadə edə bilirik. Qalan 70 faizi isə qonşu dövlətlər tərəfindən istismar olunur və texniki su kimi suvarma şəbəkəsində itkiyə məruz qalır. Nəticədə hər il 3-4 milyard kubmetr keyfiyyətli içməli və suvarma suyu itirilir. Qonşu dövlətlərdən fərqli olaraq, Azərbaycanda məişətdə istifadə üçün xüsusi - ayrıca, açıq şirin su mənbələri nəzərdə tutulmayıb. Buna görə də çox yerdə texniki suya olan tələbat içməli su hesabına ödənilir. İçməli su problemi olduğu halda "Moyka"larda avtomobilləri Şollar suyu ilə yuyurlar. Əhalinin artımı nəzərə alınmaqla 2025-ci ildə Azərbaycanda su ehtiyatlarına olan tələbatın 40 faiz artacağı proqnozlaşdırılır.
Əhalinin suya olan ehtiyacını təmin etmək məqsədilə Oğuz-Qəbələ-Bakı su kəməri işə salınsa da bu tam ehtiyacı ödəmir. Ekspertlər hesab edir ki, içməli sudan səmərəli istifadə edilmədiyi təqdirdə görülən tədbirlərin heç biri problemin tam həllinə imkan verməyəcək.
Son 10 ildə dövlət büdcəsindən əhalinin içməli su ilə təchizatına 2,6 milyard dollar xərclənsə də, sakinlər yenə də keyfiyyətsiz sudan faydalanmağa məcburdur. Ekspertlərin bildirdiyinə görə, xarici dövlətlərdən fərqli olaraq Azərbaycanda məişətdə istifadə üçün ayrıca açıq şirin su mənbələri nəzərdə tutulmayıb. Buna görə də çox yerdə texniki suya olan tələbat içməli su hesabına ödənilir.
Milli Elmlər Akademiyası Geologiya İnstitutunun hidrogeologiya və mühəndis-geologiya şöbəsinin rəhbəri, professor Yusif İsrafilov bildirir ki, 2050-ci ilə kimi kənd təsərrüfatında qlobal su istehlakı 19 faiz artacaq: "Bu haqda BMT-nin hesabatı var. Məruzə müəllifləri iddia edirlər ki, 2070-ci ilədək Mərkəzi və Cənubi Avropada hiss ediləcək su qıtlığı təkcə bu regionda 44 milyon adamın həyatına təsir göstərəcək. Biz əlimizdə olan su resurslarını qiymətləndirməyi bacarmalıyıq. Sovet dövründə yeraltı və yerüstü sular sxemindən istifadə olunurdu. Ancaq bu gün belə bir sənəd yoxdur. Bu baş sxemi yenidən işləmək vacibdir. Öncə ehtiyatda olan su miqdarını müəyyənləşdirmək, mövcud olan sudan isə qənaətlə istifadə etmək lazımdır. Bizdə dağ çaylarının bir hissəsi Kürə, bir hissəsi Xəzər dənizinə, digər hissəsi isə Araz çayına tökülür. Bu çayların məcrasında su qəbulediciləri, su anbarları tikmək lazımdır ki, il ərzində bu sulardan istifadə etmək olsun. Yeraltı sulardan istifadədə də optimal sxemlər qurulmalıdır. Bu sulara da qəbuledicilər və təmizləyici cihazlar quraşdırılmalıdır. Bir sözlə, sudan istifadəni tənzimləyən baş sxem olmalıdır".
Yusif İsrafilovun bildirdiyinə görə, iqlim dəyişiklikləri Azərbaycanda su ehtiyatlarına təsir edə bilir: "Yağıntının az və ya çox olması su ehtiyatlarına təsir edir. Bizim şirin yeraltı suların hamısı süzülmələrdən, yəni çaylardan, yağışdan və yaxud da buzluqlardan gələn suların süxurlara yığılmasından yaranır. Ona görə də müəyyən vaxtdan sonra iqlim dəyişməsinin yeraltı və yerüstü sulara təsiri olacaq. Həmçinin əhalinin də sayı artdıqca ehtiyatda olan su miqdarı yetərli olmaya bilər. Bu problemi indidən həll etməyə çalışmaq lazımdır. Su ilə bağlı problem yalnız mütəxəssisləri narahat edir. Əhali hələ ki, bu problemdən xəbərsizdir. Səbəbi də informasiya çatışmazlığıdır. Su ilə bağlı problemlərin qarşısı alınmasa, bu, 50 il sonra ərzaq çatışmazlığına da gətirib çıxara bilər. Bu sahədə görüləsi işlər çoxdur. Suvarmada yeni texnologiyalar mövcuddur, ancaq bizdə bu texnologiyalardan, demək olar ki, istifadə olunmur. Suvarma zamanı suyun çoxu buxarlanma yolu ilə itir. Bu sahədə suya qənaət edən ən yaxşı texnologiya damcılı suvarma avadanlığıdır. Kür çayından və Oğuz-Qəbələ-Bakı və Samur-Abşeron su kəmərlərindən Bakıya saniyədə 30 kubmetr su verilir. Ancaq başqa ölkələrdə bizdəkindən qat-qat az su istifadə edirlər. Ölkənin bəzi yerlərinə su verilmir. Verəndə də saatla verirlər. Səbəbi də odur ki, əhaliyə verilən suyun 50 faizdən çoxu yerin altına gedərək itir.
Samur çayı Rusiyadan axıb gəlir və bu dövlətlə birgə istifadə olunur. Qonşu dövlət çaydan istifadəyə qadağa qoysa, əsas su mənbələrinin birindən məhrum ola bilərik. Yeraltı sular üçün kommunikasiya xətləri bərpa olunsa və sudan səmərəli istifadə etsək, saniyədə 15 kubmetr suya qənaət etmiş olarıq. Bu yolla nəinki əhalini suyla təmin edərik, hətta başqa ölkələrə də su verə bilərik.
Biz su qıtlığı problemini aradan qaldırmaq istəyiriksə, əvvəlcə insanlara bu problemin nə qədər böyük olduğunu çatdırmalıyıq. O zaman əhali bilər ki, su neftdən də dəyərlidir. Hazırda bir şüşə suyun qiyməti bir şüşə neftin qiyməti ilə eynidir. Əgər dəyərini bilməsək, su neftdən də baha olacaq. Su ehtiyatlarımızı qorumasaq, başqa ölkələrdən su almağa məcbur olacağıq və bu bizə çox baha başa gələcək. Ona görə əhali arasında maarifləndirmə işləri aparılmalıdır. Bu da kütləvi informasiya vasitələrinin üzərinə düşən işdir".

Ülviyyə Tahirqızı