Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Rusiyadan ekstradisiya edilib
Avropa Komissiyası: Rusiya–Ukrayna müharibəsi 2026-cı ilin sonunda başa çatacaq
"Qarabağ" yatağının tam miqyaslı işlənməsi proqramının hazırlanması bitmək üzrədir
Rusiya-Ukrayna müharibəsində itkin düşmüş Ağdam sakininin nəşi tapılıb
30 Dekabr 2019 15:16
1 827
Nazirlər Kabineti “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarında dəyişiklik edilməsi haqqında qərarın izahını verib. Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
"Dövlət büdcəsindən maliyyələşən (maliyyə yardımı alan) təşkilatların nəzərinə!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2019-cu il tarixli, 514 nömrəli Qərarının 3.2-ci bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən (o cümlədən, maliyyə yardımı alan) təşkilatların ştatdankənar işçiləri ilə əmək münasibətləri əvvəlki illərdə olduğu kimi, 01 yanvar 2020-ci ildən də müddətli əmək müqaviləsi və ya müddəti bəlli olan konkret layihələrin, proqramların yerinə yetirilməsi ilə bağlı isə mülki-hüquqi müqavilə əsasında rəsmiləşdirilə bilər".