Prezident İlham Əliyev Esvatini Kralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
ABŞ Birinci Süvari Diviziyasının hissələrini Polşaya köçürür
Prezident İlham Əliyev Keniya Prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Prezident İlham Əliyev Pakistanın Pəncab əyalətinin Baş nazirini qəbul edib
29 Mart 2020 13:47
3 773
Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması üzrə Azərbaycan hökumətinin apardığı profilaktik tədbirlərlə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki Azərpoçt MMC-nin müvafiq poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində növbəli iş rejimi davam etdirilir.
Bu barədə şirkət açıqlama yayıb.
Məlumatda deyilir ki, hazırda Bakının Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, 36 ünvanındakı 1 saylı “Şəbəkə” Xidmət Mərkəzi saat 09:00-dan 17:00-a qədər, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaş şəhərlərində yerləşən “Şəbəkə” Xidmət mərkəzləri isə saat 09:00-dan 16:00-a qədər vətəndaşlara xidmət göstərir.
Eyni zamanda Bakı şəhərində yerləşən 1 saylı poçt filialının 1, 7, 22, 25, 33, 66; 2 saylı poçt filialının 9, 17, 65, 100, 102, 111, 117, 145, 146; 3 saylı poçt filialının 2 (MXŞ), 16, 27, 32, 34, 40, 48, 67, 74, 91, 92, 96, 104, 112, 118, 119, 123, 129, 133, 142, 149; 4 saylı poçt filialının 39, 41, 42, 43, 45, 46, 50, 77, 89, 90, 93, 120, 151, 156; 5 saylı poçt filialının 63 (MXŞ), 3, 4, 21, 23, 63, 80, 81, 82, 83, 170; 6 saylı poçt filialının 72 (MXŞ), 8, 29, 37, 38, 52, 53, 54, 72, 108, 114, 116, 130, 135, 147 saylı poçt şöbələri, eləcə də regionlardakı mərkəzi xidmət şöbələri 09:00-dan 16:00-a qədər fəaliyyət göstərir.
Poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi, teleqramların, məktubların, banderolların, bağlamaların, əsgəri göndərişlərin, pul köçürmələrinin ünvanı üzrə nəzarət-keçid müddətlərində çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin edilir.