AXCP-dən istefa verdi və xəbərdarlıq etdi Hadisə

AXCP-dən istefa verdi və xəbərdarlıq etdi

Orxan Carçı: "İstefama görə təhqir olunsam..."

Carçı.az saytının rəhbəri Orxan Carçı təmsil olunduğu partiyadan istefa verdiyini açıqlayıb.
"Musavat.com"a açıqlama verən O.Carçı AXCP-dən istefasını partiyada müstəqil ola bilmədiyi ilə əlaqələndirib: "Mən bir neçə ildir ki, AXCP-nin üzvüyəm. Bu gün heç kimi təhqir və tənqid etmədən AXCP-dən ayrılıram. Çünki partiya daxilində sərbəst ola bilmirəm. Bundan sonra, heç bir partiyaya üzv olmaq barədə fikirləşmirəm. Lakin partiyadan istefama
görə təhqir və tənqid olunsam, buna 3 qat cavab verəcəm. Yəni susmayacam. Partiya mənim istefamı normal qəbul etməlidir".