Qanunsuz yoxlamalara görə cəza Hadisə

Qanunsuz yoxlamalara görə cəza

Vahid məlumat reyestrində qeydiyyata alınmayan yoxlama vəzifəli şəxsləri 5 min manata qədər cərimə gözləyir
Milli Məclisin dünən keçirilən plenar iclasında Azərbaycanda sahibkarlar üzərində qanunsuz yoxlamalar aparan, o cümlədən aparılan yoxlamalarda qaydaları pozan məmurlarla bağlı xüsusi cəzalar müəyyənləşdirən layihə müzakirə olunub.
Layihə barədə məlumat verən MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsinə ayrıca əlavə edilən 348-8 maddə ilə bağlıdır.
Qeyd olunub ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmayan yoxlamanın keçirilməsinə görə, vəzifəli şəxslər 1000 manatdan 5 min manata qədər cərimə olunacaqlar. Həmçinin bu yoxlamanın nəticələri barədə məlumatın tam, düzgün və ya vaxtında müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə də cərimə müəyyənləşdirilir.