Magistraturaya qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimin vaxtı uzadıldı Hadisə

Magistraturaya qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimin vaxtı uzadıldı

2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma seçiminin vaxtı 21 iyun saat 23:59-dək uzadılıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrini təsdiq etsinlər.
Bundan əlavə, 700-ə yaxın bakalavrın ümumi orta müvəffəqiyyət göstəricisi ali təhsil müəssisələri tərəfindən “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməyib. Ali təhsil müəssisələrinin məsul şəxsləri qeyd olunan vaxtadək ÜOMG-ni bazaya daxil etməlidirlər.
Xatırladaq ki, 18 iyun saat 16:00-a olan məlumata əsasən, 10869 bakalavr (Azərbaycan bölməsi üzrə 10073, rus bölməsi üzrə 796) öz ərizəsini təsdiq edib.
Müsabiqəyə yalnız 21 iyun saat 23.59-dək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.