18:02
189
NATO ölkələrinin xarici işlər nazirlərinin planlı görüşü dekabrın 2-də alyansın Brüsseldəki mənzil-qərargahında keçiriləcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, görüş Baş katib Mark Rüttenin sədrliyi ilə baş tutacaq.
Blok müzakirə olunacaq mövzuları rəsmi olaraq açıqlamasa da, diplomatik mənbələrin məlumatına görə, gündəlikdə Ukraynaya silah tədarükü, Avropada silah istehsalının genişləndirilməsi və Rusiyanın hərbi baxımdan çəkindirilməsi üzrə gələcək planların müzakirəsi yer alacaq.
Məryəm Quliyeva