Fazil Mustafa: “Ermənistan üzərinə düşən addımı atmalıdır” Siyasət

Fazil Mustafa: “Ermənistan üzərinə düşən addımı atmalıdır”

Azərbaycanla Ermənistan arasında sülh prosesinin davam etdirilməsi və tərəflər arasında müəyyən etimad mühitinin formalaşdırılması vacibdir. Bu prosesdə Ermənistan da üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.

Bu barədə Milli Məclisin deputatı Fazil Mustafa “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.

Deputat qeyd edib ki, Azərbaycan öz ərazisinə aid olan məsələlərdə artıq praktiki addımlar atıb:

“Ən azı konstitusiya və digər məsələləri bir tərəfə qoysaq belə, Ermənistan iradə nümayiş etdirərək yolun açılması istiqamətində addım atmalıdır. Azərbaycan öz üzərinə düşəni edib. Həm Naxçıvan istiqamətində, həm də Şərqi Zəngəzurda yolun çəkilməsi ilə bağlı işlər görülüb. İndi yalnız Ermənistanın öz ərazisinə aid məsələ qalır. Biz onun ərazisinə daxil olub yol çəkən deyilik ki?

Ona görə də bu məsələni izah etməliyik ki, Ermənistan artıq prosesi bir qədər sürətləndirsin və üzərinə düşən işi yerinə yetirsin. Ondan sonrakı məsələlərlə bağlı qərarı isə artıq biz verəcəyik”.

Günel Elxan