ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib İqtisadiyyat

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb.

ADY xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur.

Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarla 468 min (11% artım), beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutu ilə isə 96 000-dən çox sərnişin səfər edib.

Bu ilin oktyabrında 1,3 milyon nəfərdən çox sərnişin daşınmaqla aylıq sərnişin sayı üzrə ən yüksək göstərici qeydə alınıb.