Premyer Liqa klubu rəsmən yeni baş məşqçisini açıqladı İdman

Premyer Liqa klubu rəsmən yeni baş məşqçisini açıqladı

İngiltərənin “Mançester Yunayted” klubu Maurisio Poçettinonun baş məşqçi təyin olunduğunu rəsmən açıqlayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

ABŞ millisinin sabiq çalışdırıcısı ilə 2029-cu ilədək müqavilə imzalanıb.

54 yaşlı mütəxəssis daha əvvəl İngiltərədə “Sauthempton”, “Tottenhem” və “Çelsi” klublarını çalışdırıb. O, həmçinin ABŞ millisinə rəhbərlik edib və komanda ilə 2026-cı il dünya çempionatının 1/8 finalına yüksəlib.

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasının cari mövsümündə keçirdiyi ilk 10 oyunda cəmi bir qələbə qazanaraq turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. Komanda növbəti turda noyabrın 22-də səfərdə “Liverpul”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.