16:39
217
Nyu-Yorkun Bruklin rayonunda yaşayış binasının uçduğu yerdə sağ qalanların axtarışı üzrə xilasetmə əməliyyatı başa çatıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Nyu-York Yanğınsöndürmə Departamenti məlumat yayıb.
"Xilasetmə işləri başa çatdı. Departament bütün ərazidə xilasetmə işlərini yekunlaşdırdı və artıq qurbanların olmadığını müəyyən etdi", - deyə qurumun "X" sosial şəbəkəsindəki paylaşımında bildirilir.
Departamentdən əlavə ediblər ki, hadisə yeri Nyu-York Binalar Departamentinin, həmçinin şəhər polisinin nəzarətinə verilib.
Nyu-Yorkun Bruklin rayonunda üçmərtəbəli yaşayış binası noyabrın 12-nə keçən gecə çöküb. Yanğın xidmətinə çağırış (Bakı vaxtı ilə noyabrın 12-si saat 01:01-də) daxil olub. Son məlumatlara görə, hadisə nəticəsində azı 8 nəfər həlak olub, daha 17 nəfər isə xəsarət alıb.
Məryəm Quliyeva