16:33
161.jpg)
"Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzinin sədri, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev Suriya Türkman Məclisinin sədri və Suriya Xalq Parlamentinin deputatı Əbdürəhman Mustafanın dəvəti ilə Suriyaya səfər edib.
Xalqcebhesi.az xəbər verir ki, səfər zamanı Çobanbəydə Suriya Millət Məclisinin binasında olan Orxan İsayev Əbdürrəhman Mustafa ilə görüşüb, ona "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzinin "Təşəkkürnamə"sini və AMEA Rəyasət Heyətinin "Elm və həyat" jurnalının son nömrəsini hədiyyə edib.
Orxan İsayev Suriyanın Hələb, Hama, Humus, Şam, Lazkiyyə şəhərlərində türkman icmaları ilə çoxsaylı görüşlər keçirib,
Azərbaycanla Suriya türkmanlarının ədəbi-mədəni, elmi əlaqələrinin inkişafı üçün görüləcək işlər barəsində fikir mübadiləsi aparılıb. Azərbaycanlı tədqiqatçının Suriyaya səfəri türkmanlar tərəfindən yüksək qiymətləndirilib və gələcəkdə bu cür qarşılıqlı səfərlərin əhəmiyyətli olacağı qeyd olunub.
Cavid


.jpg)
