Azərbaycan bankları 9 ayda "Blumberq"də 57.6 mlrd. manatlıq əqd bağlayıb İqtisadiyyat

Azərbaycan bankları 9 ayda "Blumberq"də 57.6 mlrd. manatlıq əqd bağlayıb

2026-cı ilin yanvar-sentyabr aylarında Blumberq ticarət platformasında banklararası təminatsız bazar üzrə 57.6 milyard manat həcmində 1 648 əqd qeydə alınıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankın xəbər verir.

Əqdlərin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11% artıb. Müddət strukturunda 1–3 günlük əməliyyatlar üstünlük təşkil edib və ümumi həcmin 95%- nə bərabər olub.