Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
19 İyun 2020 17:02
1 918
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “DOST” mərkəzlərində peşəyönümü məsləhət xidmətlərinin göstərilməsini də nəzərdə tutur. Nazirlikdən verilən məlumata görə, bu məqsədlə həmin mərkəzlərdə xüsusi təchiz edilmiş peşəyönümü kabinetlərinin qurulması planlaşdırılır. Peşəyönümü məsləhət xidmətləri aktiv məşğulluq tədbirlərindən biridir. Gənclər, işaxtaran və işsiz şəxslər peşəyönümü tədbirlərinə cəlb olunmaqla, onlar əmək bazarının cari vəziyyəti və əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar, dövlət məşğulluq xidmətləri barədə məlumatlandırılır. Onlarla müsahibə və testlər keçirilməklə, təhsil və bacarıqlarına, şəxsi keyfiyyətlərinə uyğun olaraq peşə və ixtisas seçiminə, peşə maraqlarının formalaşdırılmasına yönəldilmiş məsləhət xidmətləri göstərilir.
Hazırda peşəyönümü xidmətləri nazirliyin məşğulluq orqanları tərəfindən təqdim edilir. Bu sahədə işlərin davamı kimi, ötən il həmin orqanlar vasitəsilə 135 minə, bu ilin 5 ayında 37,6 minə yaxın şəxsə peşəyönümü məsləhət xidməti göstərilib.
15 Noyabr 16:55
1 267
14 Noyabr 19:54
1 743
14 Noyabr 19:10
1 869