“HƏMAS-a dəstək regionda gərginliyi artırır”
19 Dekabr 22:46
19 Dekabr 22:46
19 Dekabr 22:24
19 Dekabr 22:18
19 Dekabr 14:16
3 İyul 2020 15:23
1 386
Bu gün Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib.
ABA-dan “APA-Economics”ə verilən məlumata görə, iclas zamanı POS-terminal vasitəsilə PİN-kod daxil edilmədən nağdsız formada həyata keçirilən təmassız əməliyyatlar üzrə limitin 100 manat məbləğinə qaldırılması, təmassız ödənişlərin və token xidmətinin tətbiqi ilə bağlı əməliyyatların genişləndirilməsi məqsədilə birgə fəaliyyətin təşkili müzakirə edilib. Həmçinin ekspert qrupunun üzvləri tərəfindən, ödəniş kartları ilə aparılan fırıldaqçılıq əməliyyatlarının qarşısının alınması üzrə kart istifadəçilərinin intensiv qaydada məlumatlandırılması məsələsinə toxunulub.
Ekspertlərin müzakirəsi nəticəsində iclasda qaldırılan məsələlərin həllində atılacaq növbəti addımlara dair qərarlar qəbul edilib.
Xatırladaq ki, hazırda POS-terminal vasitəsilə PİN-kod daxil edilmədən nağdsız formada həyata keçirilən təmassız əməliyyatlar üzrə limit 50 manat təşkil edir.
19 Dekabr 20:27
1 456
19 Dekabr 19:54
1 449
19 Dekabr 19:09
1 470