Ağstafada Neolit dövrünə aid yeni yaşayış məskəni aşkarlanıb Hadisə

Ağstafada Neolit dövrünə aid yeni yaşayış məskəni aşkarlanıb

Ağstafada Neolit dövrünün ən qədim mərhələsinə aid yaşayış yeri aşkar edilib.

Bu barədə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan bildiriblər.

"Çağrı təpə" adlanan Neolit dövrü qədim yaşayış məskəni və buradan tapılan daş qalıqlarından ibarət müxtəlif alət və məişət əşyaları onu sübut edir ki, ərazidə 8 min il bundan əvvəl intensiv yaşayış olub.

İlkin analizlərə görə, ərazinin qədim sakinləri burada kompakt yaşayıblar. Həm sovet dövründə, həm də sonrakı illərdə aparılan araşdırmalar zamanı əraizinin bütövlükdə qərb bölgəsində Neolit dövrü məskunlaşması problemləri tədqiq edilir. Son araşdırmalar zamanı aşkar edilmiş daş məmulatları və digər bütün qalıqlar onu göstərir ki, bu ərazidə Neolit dövrü insanları məskunlaşıb.

Hazırda ərazidə arxeoloji qazıntılar davam edir. Tapılan maddi-mədəniyyət nümunələrinin tezliklə dəqiq analizi planlaşdırılır.