
Polislə aksiya iştirakçıları arasında toqquşma baş verib
Ermənistanın paytaxtı İrəvanda gərginlik yenidən başlayıb. ANS PRESS-in məlumatına görə, Ermənistan Nazirlər Kabinetinin binasının girişləri polis tərəfindən nəzarətə götürülüb.
Buna səbəb İrəvanda keçirilən "Mən əleyhinəyəm" etiraz aksiyasının iştirakçılarının Maliyyə Nazirliyinin binasına girmək istəyi olub.
Polis aksiya iştirakçılarından kənara çəkilməyi tələb edib. Lakin onlar əmrə tabe olmayıblar. Nəticədə, polis binanın qarşısına canlı divar çəkib.
Polislə aksiya iştirakçıları arasında toqquşma baş verib.
Dünən axşam gərginliyin davam etdiyi saatlarda Ermənistan prezidenti Serj Sarkisyan təcili iclas keçirib. Bu barədə Ermənistan Nazirlər Kabineyinin mətbuat xidməti açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasının Təcili iclasını çağırıb.
İclasın təfərrüatları barədə hələlik açıqlama verilmir.