“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
2 Noyabr 2020 14:34
1 792
Hazırda müşahidə edilən koronavirusun simptomları ilə xəstəliyin yaz və yayda müşahidə edilən simptomları arasında elə bir fərq müşahidə edilmir.
Bunu Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.
Soyuq fəsillərdə kəskin respirator virus infeksiyalarına yoluxma riskinin yüksək olduğunu nəzərə çatdıran A.Qurbanov qeyd edib ki, hazırda COVİD xəstəliyinin gedişində ciddi fərq izlənilmir:
"Soyuq fəsillərdə insanlarda soyuqlama, qrip xəstəliyinin əlamətləri də müşahidə edilir. Bu halda işlər bir az da çətinləşir. Bu baxımdan soyuq havada qrip, soyuqlama koronavirus xəstəliyinin gedişini daha da ağırlaşdıra bilər".
A.Qurbanov bildirib ki, qrip xəstəliyi özü xüsusi diaqnoz tələb edir. COVİD-19 kimi qrip xəstəliyinə də diaqnoz yalnız PSR müayinəsi əsasında qoyulur:
"Lakin əvvəllər də belə olub ki, qrip xəstəliyinə əlamətlərinə görə klinik diaqnoz qoyulub və bu, xəstəlik vərəqəsində tənəffüs yollarının infeksiyası kimi yazılırdı. Amma COVİD diaqnozu klinik deyil, yalnız PSR müayinəsindən sonra qoyulur".
30 Dekabr 2025 18:03
1 995
30 Dekabr 2025 18:01
1 729
30 Dekabr 2025 17:36
1 827