Xarici tələbələr Azərbaycanı dəstəkləyir Hadisə

Xarici tələbələr Azərbaycanı dəstəkləyir

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkələrdə tədris etdiyi “Azərbaycan multikulturalizmi” fənninin dinləyiciləri olmuş tələbələr Azərbaycanın Qarabağda ərazi bütövlüyü uğrunda mübarizəsini dəstəklədiklərini vurğulayan videomaterial hazırlayıblar.
Mərkəzdən bildirilib ki, eyni zamanda, “Azərbaycanın gənc dostları” qrupunun üzvləri olan ABŞ, Kamerun, Portuqaliya, Xorvatiya, Almaniya, Estoniya, Ukrayna və Qırğıstanı təmsil edən gənclər Ermənistanın Azərbaycanın münaqişə zonasından xeyli uzaqda yerləşən yaşayış məntəqələrinə, mülki əhaliyə qarşı beynəlxalq təşkilatlar tərəfindən qadağan olunmuş ballistik raket və kasetli bombalar vasitəsilə edilən hücümları qətiyyətlə pisləyirlər.
Videomaterialda bildirilir: “Ermənistan rəhbərliyinin dəhşətli terror aktları beynəlxalq birlik tərəfindən pislənilməlidir və bu faciəli vəziyyətdə susmaq doğru deyil. Beynəlxalq ictimaiyyət Ermənistanı Azərbaycanın mülki əhalisinə qarşı törətdikləri vəhşiliklərə və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasına görə məsuliyyətə cəlb etməlidir. Ermənistan və onun faşist rəhbərliyi dayandırılmalıdır. Gəncə şəhərinə bu yaxınlarda edilən təcavüz göstərir ki, Ermənistan regionda sülhə can atmır. Beynəlxalq hüquqa görə Qarabağ və yeddi rayon əzəli Azərbaycan əraziləridir. Azərbaycan Respublikası sülhsevər ölkənin böyük nümunələrindən biridir. Biz Azərbaycanda olmuşuq, bu multikultural ölkəni yaxşı tanıyırıq və bilirik ki, azərbaycanlılar həm də çox qonaqpərvərdirlər. Azərbaycan üçün dəstək məqsədi ilə bu videonu paylaşmağımız çox vacibdir. Biz öz mövqeyimizi göstərməliyik. Ona görə də biz hamını bu fleşmoba qoşulmağa və hamını beynəlxalq hüququn, ədalət və həqiqətin tərəfində olmağa çağırdığlmlz videoçarxları yaymağa çağırırıq. Azərbaycana sülh və əmin-amanlıq arzulayırıq. Biz Azərbaycanı dəstəkləyirik və mütləq əminliklə bildiririk ki, Qarabağ Azərbaycandır!”