300 uyğur türkü edam oluna bilər Hadisə

300 uyğur türkü edam oluna bilər

Türkiyə hərəkətə keçdi

Tailandda tutulan 300 uyğur türkü edam oluna bilər. Uyğurlar deportasiya edilib Çinə ekstradisiya edilərsə güllələnəcəklər. Türkiyə böyük bir faciənin baş verməməsi üçün hərəkətə keçib.
Türkiyənin baş naziri və Xarici İşlər Nazirliyi Tailandda tutulan 300 uyğur türkü üçün təcili hərəkətə keçib. Xarici İşlər Nazirliyi Tailand hökuməti ilə təmasa keçərək uyğurların Türkiyəyə ekstradisiya edilməsini istəyib.
Baş nazir Əhməd Davudoğlunun təlimatı ilə nazirliyin dövrəyə girdiyi və uyğunluqların etibarlı bir şəkildə Türkiyəyə gətirilməsi üçün danışıqlar aparıldığı məlum olub.
Türkiyə XİN qısa bir müddətdə uyğurların Türkiyəyə gətirilməsini planlaşdırdığını açıqlayıb.
Çin hökuməti tərəfindən torpaqları əllərindən alınan, dini təzyiqlərə məruz qalan uyğurlar çarə ölkədə qaçmaqda görüblər. Tailand meşəsində saxta pasportlarla yaxalanan 300 uyğur Çinə ekstradisiya edilərsə ölüm cəzası ilə qarşı-qarşıya qalacaq.
300 uyğur, Türkiyə tərəfindən qəbul edilməsə ya Çin tərəfindən öldürüləcək ya insan qaçaqmalçılarının ya da orqan mafiyasının əlinə düşəcək.