İşğaldan azad olunmuş ərazilərdə məşğulluq prioritet məsələ olacaq - Nazir Hadisə

İşğaldan azad olunmuş ərazilərdə məşğulluq prioritet məsələ olacaq - Nazir

İşğaldan azad edilmiş ərazilərdə əhalinin məşğulluğu prioritet istiqamətlərdən biri olacaq.

Trend-in məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Nazir bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi əhalinin məşğulluğunun təmin edilməsi və məşğulluqla bağlı peşəkar kursların təşkili istiqamətində çoxsaylı proqramlar həyata keçirir:

"İşğaldan azad edilmiş ərazilərdə və həmin ərazilərlə kəsişən regionlarda əhalinin məğulluğu prioritet olacaq".