“Zəfərə gedən yolda ilk uğurlu sınaq”
2 Aprel 18:34
2 Aprel 18:34
2 Aprel 18:33
12 Yanvar 2021 14:31
1 512.jpg)
Daxili işlər orqanları əməkdaşları ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə nəzarət tədbirlərini davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 11-də həyata keçirilən tədbirlər nəticəsində yaşayış yerini icazəsiz tərk edən 4 nəfər aktiv koronavirus xəstəsi icimai yerlərdə müəyyən edilərək saxlanılıb.
Həmin şəxslər xüsusi nəzarətlə evə qaytarılıb. Onlardan 2 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.