Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydasına dəyişiklik edilib
Azərbaycan XİN AQEM Günü münasibətilə üzv ölkələri təbrik edib
QHT sədri: İşğal dövründə Azərbaycanın suveren ərazilərində bioloji müxtəlifliyə xeyli zərər dəyib
QHT rəhbəri: Metsamor Atom Elektrik Stansiyası bağlanmalıdır
“Cənubi Qafqazda maraqların toqquşması əlavə gərginlik yaradır”
16 Fevral 2021 11:01
3 087
Vətən müharibəsində Qələbə münasibətilə Azərbaycan Ordusunun zabitləri və “Qartal” Dağçılıq İdman Klubunun alpinistlərindən ibarət heyətin Böyük Qafqaz sıra dağlarının Bazardüzü zirvəsinin şərqində yerləşən adsız yüksəkliyə (4301 m) yürüşü təşkil olunub.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, “Zəfər Azərbaycanındır!” adlı ekspedisiyanın iştirakçıları mürəkkəb relyefə malik dağlıq ərazini keçərək təyin edilmiş yüksəkliyə qalxıblar.
Ekspedisiyanın iştirakçıları orada Azərbaycan Respublikasının Dövlət bayrağını ucaldıb, Dövlət himnini ifa edib və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonda Vətən müharibəsində Qələbəni tərənnüm edən “Zəfər zirvəsi” adlı lövhə bu yüksəklikdə bərkidilib.



