İsrail ordusunun Livandakı Bofor qalasını ələ keçirməsi ilə bağlı görüntülər yayılıb
Azərbaycanda bəzi ərazilərdə yağış yağır, küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
"Yeni Konstitusiyanın qəbuluna ehtiyac var"-Qüdrət Həsənquliyev
SEPAH ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb
Tramp: İran nüvə silahı hazırlamamağa və əldə etməməyə razılaşıb
17 Fevral 2021 16:15
2 205
Xəstəxanaya yerləşdirilən Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov artıq evə buraxılıb.
Bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.
S.Məmmədova bildirib ki, İ.İsmayılov işdən çıxan zaman yıxılıb və qabırğası çatlayıb. Onun sözlərinə görə, İ.İsmayılov xəstəxanaya yerləşdirilərək müayinədən keçib və lazımi tibbi yardım göstərilib.
Nazirlik rəsmisi qeyd edib ki, nazir müavini artıq evə buraxılıb: “Hazırda İsmayıl müəllim evdədir, vəziyyəti yaxşıdır, özünü yaxşı hiss edir və yaxın günlərdə işə çıxacaq”.