Azərbaycanda koronavirusa yoluxanların çoxu 30-39 yaş həddindədir Hadisə

Azərbaycanda koronavirusa yoluxanların çoxu 30-39 yaş həddindədir

Azərbaycanda koronavirusa yoluxanların 52,5 faizi Bakı şəhərinin payına düşür.

Trend-in məlumatına görə, ölkə üzrə ikinci ən çox yoluxma Aran zonasındadır. Bu ərazidə yoluxma 13,1 faizdir. Abşeron rayonu yoluxmaya görə 12,9 faizlə 3-cü yerdə, Gəncə-Qazax zonası isə 8,1 faiz yoluxma ilə 4-cü yerdədir. 3,0 faiz yoluxma Quba-Xaçmaz, 3,3 Şəki- Zaqatala rayonları, 2,8 faizi Lənkəran rayonu, 1,4 faizi Yuxarı Qarabağ bölgəsi, 2,5 faizi isə Dağlıq Şirvan ərazilərində qeydə alınıb. Naxçıvanda isə son statistikaya görə koronavirusa yoluxma halı 0,004 faiz qeydə alınıb.

Ölkədə koronavirusa yoluxanların 21 faizi 30-39 yaş arasında, 18 faizi isə 50-59 yaş arasında olan şəxslərdir. Yoluxanların 3 faizini 0-9 yaş, 2 faizini isə 80 yaşdan yuxarı şəxslər təşkil edir. Yoluxanların 54 faizi qadın, 46 faizi isə kişilərdir.

Qeyd edək ki, bu vaxta qədər ölkə üzrə ən çox yoluxma faizi 50-59 yaş arası şəxslərdə idi.