Avropa İttifaqı Ermənistanda yeni tərəfdaşlıq missiyasına başladı
UTX Rusiyanın hərbi, logistik və yanacaq obyektlərinə genişmiqyaslı zərbələr endirib
Avropa Birliyi VKontakte-nin sahibi VK-ya qarşı sanksiyalar tətbiq edib
“Bundan sonra sülh danışıqlarının yerini hərbi eskalasiya tutacaq”
Rusiya MN: Sutka ərzində Ukraynanın 12 aviasiya bombası və 926 PUA-sı vurulub
18 Mart 2021 17:44
3 486
Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə qarşı terror və Gəncə şəhərində kütləvi iğtişaşa cəhddə təqsirləndirilən iki nəfər əfv edilib.
Dövlət başçısının sərəncamına əsasən Allahverdiyev Elvin Nəriman oğlu və Xudiyev Vüqar Mənsur oğlu cəzanın cəzanın çəkilməmiş hissəsindən azad edilirlər.
Qeyd edək ki, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılıb. Bu hadisələrə görə 80 nəfərə qədər şəxs cinayət məsuliyyətinə cəlb olunub.
09:45
1 057
12 İyul 18:49
1 757
11 İyul 19:21
1 568