“Məktəblərdə aqressiyanın kökü cəmiyyətdədir”
27 Oktyabr 16:10
27 Oktyabr 16:10
27 Oktyabr 15:06
27 Oktyabr 12:49
27 Oktyabr 12:16
ABŞ şatdaun səbəbilə nüvə silahlarının hazırlanmasında illərini itirə bilər
Xocavəndin Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə növbəti köç karvanları yola salınıb
Yaponiya və ABŞ arasında münasibətlərin yeni qızıl dövrü haqqında saziş imzalanıb
Türkiyə Britaniya ilə ticarət həcmini 40 milyard dollara çatdırmağı planlaşdırır
5 Aprel 2021 11:57
1 785
“ASAN Könüllüləri” Təşkilatı və Azərbaycan Gənclər Fondunun birgə əməkdaşlığı ilə “Qarabağ inciləri” layihəsi həyata keçirilir.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, layihənin əsas məqsədi Qarabağın qədim tarixi abidələri, memarlığı haqqında maarifləndirmə, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına vasitəçi olmaqdır.
Layihənin əsas təbliğatı “ASAN Könüllüləri” Təşkilatının sosial şəbəkələrdəki rəsmi hesablarında həyata keçirilib. İlk növbədə layihə haqqında xüsusi posterlər vasitəsilə geniş məlumat paylaşılıb. Sonra mütəmadi olaraq müəyyən qrafikə əsasən videoçarxlar paylaşılıb.
Lahiyə çərçivəsində bu günə qədər Azərbaycan dili və 4 xarici dildə hazırlanmış Qarabağın 10 əsrarəngiz rayonunun: “Qarabağın muğam ocağı - Ağdam”, “Qarabağın ibadətgahı - Füzuli”, “Qarabağın qızıl sərvəti - Kəlbəcər”, “Qaçaq Nəbinin yadigarı - Qubadlı”, “Könüllülərin körpüsü - Cəbrayıl”, “İlk insan yurdu - Xocavənd”, “Ruhumuzun qanadı - Laçın”, “Başı çinardan uca - Zəngilan”, “Tarixin qanlı səhifələrinin şahidi - Xocalı”, “Qarabağ xanlarının məskəni - Xankəndi” ərazilərində yerləşən qədim, tarixi memarlıq abidələri haqqında videoçarxlar paylaşılıb.
Bu gün isə Azərbaycanın dilbər güşələrindən olan, Xan Şuşinskinin səsini qoynunda saxlayan, şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, ədəbiyyatımıza, incəsənətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan Şuşa şəhəri haqqında hazırlanmış videoçarx təqdim edilib.
Videoçarxa keçid: https://youtu.be/S3sWvsdBx4Q
08:17
84
27 Oktyabr 19:10
1 043
27 Oktyabr 19:09
1 092