Baş nazir: 2027-ci il büdcəsində ən böyük xərclərdən biri müdafiə və milli təhlükəsizlik olacaq
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına gələn il 3,4 milyard manat ayrılacaq
Əli Əsədov: Geosiyasi proseslər 2027–2030-cu illər üçün yeni strateji hədəflər formalaşdırır
Baş nazir: Hazırda ölkəmizin strateji valyuta ehtiyatları təxminən 91 mlrd. dollar təşkil edir
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub
8 Aprel 2021 12:41
1 701
Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmişov Sabunçu rayonu ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 2 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.