8 Noyabr 10:28
23 Aprel 2021 12:57
3 780
“İnsan alveri böyük və genişmiqyaslı təhlükədir. Dünyada ən çox gəlir gətirən sahələrdən biri də bu təhlükəli cinayətdir. Bunu yalnız silah satışı ilə müqayisə etmək olar”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.
Deputat bildirib ki, insan alverindən gələn gəlir dünyada 150 milyard dolları ötüb: “Burada 1-ci yeri cinsi istismar tutur. Yalnız 6 %-i dilənçilik, məcburi nikahdı”.
Deputat qeyd edib ki, bu gün insan alveri ilə məşğul olan subyektlər sosial şəbəkələrin imkanlarından geninə-boluna istifadə edirlər: “Sosial şəbəkədə bu təhlükəli cinayət növü ilə mübarizəyə xüsusi diqqət yetirilməlidir”.
15:05
819
8 Noyabr 16:22
2 597
8 Noyabr 14:29
1 463