Müsavatda yer davası Hadisə

Müsavatda yer davası

"Müsavat rəhbərliyi bizim tədbir üçün yer versə də biz orda tədbir keçirməyi məsədəuyğun saymamışıq. Mən "Şərait yaratmadığı üçün qərargahın çayxanasında keçirməli olmuşuq" fikrini söyləməmişəm, hazır olan "tədbirə" yağ damcıları tökməyin yeri deyil. Mətbuat gələndə iclasın sonu idi, orda mən və bir neçə xanım qalmışdıq". Bunu Müsavatçıların Hüquqlarını Müdafiə Komitəsinin təsis yığıncağının keçirilməsi zamanı yaranan fikir ayrılıqlarına münasibət bildirən partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədli deyib. Onun sözlərinə görə, iclasın keçirilməsi üçün partiya yer ayırıb, lakin iclas iştirakçıları orda iclas keçirməyi məqsədəuyğun hesab etməyiblər: "Biz də əlavə gərginliyə səbəb olmamaq üçün çayxanada oturub həm çay içdik, həm də məsələləri müzakirə etdik. Təkliflər əsasında da Müsavatçıların Hüquqlarını Müdafiə Komitəsi yaratdıq".
Qeyd edək ki, mətbuatda Müsavat rəhbərliyinin Qubad İbadoğlu və tərəfdarlarının müzakirələrinin toplantı zalında keçirməsinə şərait yaratmadığı, buna görə də toplantının partiyanın bufetində keçirildiyi barədə məlumatlar yayılıb.

Əli