Vüsal Kərimli: "Küçədə parkinqlərdə yığılan vəsaitlərin bizə heç bir aidiyyəti yoxdur" Hadisə

Vüsal Kərimli: "Küçədə parkinqlərdə yığılan vəsaitlərin bizə heç bir aidiyyəti yoxdur"

"BNA qurulduqdan və parklanma səlahiyyəti bizə veriləndən sonra bildirmişəm ki, küçələrdə parklanma üçün dayanan adamların bizə aidiyyəti yoxdur".

APA-nın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Bakıda tariflər tətbiq olunmadan hər hansı yığımdan danışıla bilməz.: "Tariflər tətbiq edilməlidir, yığımlar dövlət büdcəsinə olmalıdır. Mənim özümə də yaxınlaşıblar, deyiblər BNA əməkdaşıyıq, axırda məsələ polisdə bitib, özləri də səhv dediklərini bildiriblər. Bunların arxasında dayanan adamlar var, şəffaflığı gətirmək istəyəndə qara piara başlayırlar. Əfsuslar olsun ki, nəqliyyatla bağlı miras qalan problemlərdən biri də budur. Küçədə parkinqlərdə yığılan vəsaitlərin bizə heç bir aidiyyəti yoxdur, bu məsələ müvafiq orqanlar tərəfindən nəzarətə götürülsün".