
Azərbaycanda indiyədək ümumilikdə 331 883 nəfər koronavirus infeksiyasına yoluxub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan 319 271 nəfər müalicə olunaraq sağalıb, 4839 nəfər vəfat edib, aktiv xəstə sayı 7773 nəfərdir.