“Qarabağ” Vətən Müharibəsi şəhidinin medalını ailəsinə təqdim edib Hadisə

“Qarabağ” Vətən Müharibəsi şəhidinin medalını ailəsinə təqdim edib

“Qarabağ” klubu Vətən Müharibəsində şəhid olan azarkeş Məhəmmədəli İbrahimlinin ailəsinə Azərbaycan çempionatının gümüş medalını təqdim edib.

Apasport.az saytının məlumatına görə, bu barədə şəhidin qardaşı paylaşdığı statusda yazıb.

Məhəmmədəlinin qardaşı oğlu Nihadın boynundan asılmış medal və qurd heykəli ilə şəklini paylaşan atası “ot kökü üstə bitər” yazısını yazıb. Şəkillər arasında şəhidin “Qarabağ” formaları da yer alıb.

Qeyd edək ki, “Qarabağ” klubunun rəhbərliyi Premyer Liqanın son turunda “Neftçi” ilə (0:1) keçirilən oyundan əvvəl Məhəmmədəli İbrahimlinin adını medal alacaq komanda üzvlərinin siyahısına daxil edib. Daha sonra komandanın vitse-kapitanı Qara Qarayev şəhidin məzarını ziyarət edərək, gümüş medalı məzar daşı üzərindən asıb.