9 Sentyabr 23:45
9 Sentyabr 23:12
Azərbaycanda pul baratları üzrə müsbət saldo 680 milyon dollara çatıb
Merz və Modi Aİ ilə Hindistan arasında azad ticarət sazişinin imzalanmasını dəstəklədilər
Polşada ABŞ-nin yeni daimi bazasında 5 min hərbçi yerləşdirilə bilər
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsdiyini elan edib
DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqlayıb
8 İyun 2021 11:29
2 030
Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin üzvü, Amerika–Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzovun təşkilatçılığı ilə Texas ştatının Hyuston şəhərində etiraz aksiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, məqsəd – Kəlbəcərdə mina partlayışı nəticəsində azərbaycanlı jurnalistlərin və onları müşayiət edən yerli icma hakimiyyətinin nümayəndəsinin həlak olmasına, mina xəritələrini verməkdən imtina edən Ermənistanın yolverilməz davranışına, terrorçu dövlət olmasına diqqəti cəlb etmək olub.
Şəhərin Westheimer Road & Post Oak bulvarı ərazisində təşkil edilən aksiya zamanı soydaşlarımız baş vermiş faciəyə hiddətlərini Məhərrəm İbrahimovun və Sirac Abışovun portretlərini, "Jurnalistlər minalarla öldürüldü!", "Erməni yalanlarına YOX deyin!", "Erməni terrorizmi", "Təhlükəli minalar!" şüarlarının, mina partlayışlarının qorxunc təsvirlərinin əks olunduğu plakatları nümayiş etdirməklə bildiriblər.
Azərbaycanlı icmasının nümayəndələri, həmçinin şəhərdə etiraz yürüşü keçiriblər. Sonra mərkəzi parklardan birində, şəhid olmuş jurnalistlərin xatirəsinə, yaradılan guşəyə qərənfillər düzüblər.
Samir Novruzov bildirib ki, aksiyalar zamanı Ermənistan rəhbərliyinin mina xəritələrini Azərbaycana verməkdən imtina etməsi kəskin şəkildə pislənilib. Bu, azad edilmiş torpaqlarımızda və regionda sülhün və normal həyatın bərpa edilməsinə maneə kimi qiymətləndirilib. Soydaşlarımız dünya ictimaiyyətini və nüfuzlu media təşkilatlarını Ermənistanın beynəlxalq konvensiyaları pozmasına göz yümmamağa, bu problemin həllində Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləməyə çağırıblar.


