Qurtuluşdan Zəfərə - fidanların dili ilə Hadisə

Qurtuluşdan Zəfərə - fidanların dili ilə

Rəhim Tağıyev adına Masallı Rayon Tarix -Diyarşünaslıq muzeyində tez-tez maraqlı tədbirlər olur. Növbəti tədbir iştirakçıları isə balacalar idi. Adı “Qurtuluşdan Zəfərə-Fidanların dili ilə” adlanırdı. Rayondakı Dəmirçi kənd ümumi tam orta məktəbinin şagirdlərin iştirakı ilə keçirilən bu tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyev və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canından keçən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Muzeyin direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva 15 iyun- Dirçəliş Gününü tarixi əsaslardan, böyük dahi, türk xalqının müdirik oğlu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinə bəxş etdiyi misilsiz töhfələrdən söz açdı. Onu da balaca fidanlara çox aydın şəkildə çatdırdı ki, ötən ilin 27 sentyabrda başlanan Vətən müharibəsində düşmən üzərində qazanılan zəfərimiz məhz Ulu Öndərin varisi olan, onun yolunu inamla davam edən ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin həyata keçirtdiyi ədalətli siyasətin nəticəsi oldu.
Balaca fidanların ifasında hazırlanan “Qurtuluşdan-Zəfərə” bədii kompozisiyasının nümayişi tədbirə özgə bir maraq qatdı.
Sonunda balacalar muzeyin ekspozisiyasındakı sərgilənən şəhid əşyalarına və Ulu öndər Heydər Əliyevə aid sərgiyə baxış keçirərək foto şəkil çəkildi.

Zəfər ORUCOĞLU