Katz İrana zərbələri gücləndirmək əmri verib
27 Mart 15:59
27 Mart 15:59
27 Mart 13:45
Bakıda subasma nəticəsində köməksiz vəziyyətdə qalan şəxslər təxliyə olunub - VİDEO
SEPAH: Dubayda Ukraynaya məxsus antidron sistemləri anbarı məhv edilib
Tramp: "ABŞ aviadaşıyıcısına eyni vaxtda 17 istiqamətdən hücum edilib"
SEPAH: "Dubayda 500 amerikalı hərbçinin sığınacağını vurduq"
Azərbaycanın məktəbəqədər təhsil üzrə nailiyyətləri UNESCO-nun hesabatında işıqlandırılıb
16 İyun 2021 11:35
2 548
Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazi sağalaraq Vətənə geri dönüb.
Bu barədə APA-ya Fonddan məlumat verilib.
Sağalaraq Vətənə geri dönən qazilər - Məmmədzadə Arif Mahir oğlunun, İbrahimov Kamran Ceyhun oğlunun, Bayramov Rahul Mərdan oğlunun, İslamov Vüsal İslam oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 61 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.



