Naqif Həmzəyev: Azərbaycan Türk dünyasının əsas dayaqlarındandır
17 Sentyabr 22:08
17 Sentyabr 22:08
17 Sentyabr 21:35
17 Sentyabr 20:47
17 Sentyabr 14:23
9 Avqust 2021 13:04
2 527
Ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin III (şifahi müsahibə) mərhələsinin vaxtı açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, belə ki, şifahi müsahibələrin 16-25 avqust 2021-ci il tarixlərində keçirilməsi nəzərdə tutulur.
Şifahi müsahibənin keçirilmə vaxtı və yeri, həmçinin müsahibədə iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı barədə məlumatlar namizədlərin “Şəxsi kabinet”inə göndərilib.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 192 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.
17 Sentyabr 16:53
658
17 Sentyabr 16:45
679
17 Sentyabr 16:13
756