Keçmiş deputat həbs edilib Hadisə

Keçmiş deputat həbs edilib

“Çiçəklənən Ermənistan” partiyasının keçmiş deputatı Canibek Ayrapetyan saxlanılıb.

"Xalq Cəbhəsi" xəbər verir ki bu barədə Sputnik Ermənistan-a İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan bildirib.
O qeyd edib ki, sabiq deputat Ermənistan Cinayət Məcəlləsinin 112-ci maddəsinin 1-ci hissəsində (Qəsdən insan sağlamlığına zərər vurma) nəzərdə tutulan əməllərdə ittiham olunur. İstintaq orqanı artıq Ayrapetyanın həbsi üçün vəsatət təqdim edib.
Ayrapetyan 2016-cı ildə Yeqvard şossesində bir nəfəri döydüyünə görə saxlanılıb. Medianın yazdığına görə, keçmiş deputat bir qrup şəxslə birlikdə İrəvan sakini Vaqinak Saakyanı döyüb. Sonuncu sol gözünü itirib. Hadisəni susdurmaq üçün Ayrapetyan yüksək vəzifəli şəxsə rüşvət verib.

Cavid