11:12
364
İran futbolunun Premyer Liqasının 25-cı mövsümünün üçüncü həftəsinin oyunları çərçivəsində Təbrizin "Traktor" komandası ilə Tehranın "Perspolis" komandası qarşılaşıb.
Gunaz.tv
Bu haqda idman mediası məlumat yayıb.
Məlumata görə, qarşılaşma avqustun 24-də yerli vaxtla saat 18:30-da Təbrizin Səhənd (Yadiqar-i İmam) stadionunda vaş tutub.
Gərgin şərayitdə keçən qarşılaşmada "Traktor" 1-0 hesablı qələbə qazanıb.
Bu nəticə ilə "Traktor" üç oyunda 9 xal qazanaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.