30 Sentyabr 23:35
30 Sentyabr 23:33
30 Sentyabr 23:19
Prezident: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib
Azərbaycan–Qazaxıstan Transxəzər fiber-optik xətti bir aydan az müddətə istifadəyə veriləcək
Britaniya səfiri: Etibarlı tərəfdaşlıq hər zamankından daha önəmlidir
Beynəlxalq axtarışda olan şəxs Polşadan Azərbaycana ekstradisiya edilib
6 Dekabr 2021 15:43
2 695
16 noyabr tarixdə Ermənistanın törətdiyi təxribat nəticəsində həlak olmuş hərbçilərin vərəsələrinə və yaralanmış hərbi qulluqçulara birdəfəlik sığorta ödənişlərinin həyata keçirilməsi prosesinə başlanılıb.
Trend-in məlumatına görə, bunu Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İctimai Birliyinin icraçı direktoru Elmar Mirsalayev bildirib.
“16 noyabr tarixdə dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş vermiş döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu həlak olmuş, 10 hərbi qulluqçu isə yaralanmışdı. Həlak olmuş 7 hərbi qulluqçudan 2 hərbçinin vərəsəsinə Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən birdəfəlik ödəniş həyata keçirilib. Digər 5 şəhidimizin vərəsəsi və yaralanmış 10 hərbi qulluqçu tərəfindən ödənişlə bağlı Şirkətə hələ müraciət daxil olmayıb. Onlar da eyni qaydada müraciət edərək birdəfəlik sığorta ödənişlərini əldə edə bilərlər”, - deyə o qeyd edib.