ABŞ Trampın prezidentliyinin başlanğıcından bəri 250 minə yaxın vizanı ləğv edib Dünya

ABŞ Trampın prezidentliyinin başlanğıcından bəri 250 minə yaxın vizanı ləğv edib

ABŞ Dövlət Departamenti Prezident Donald Trampın 2025-ci ildə vəzifəsinin icrasına başlamasından bəri 250 mindən çox vizanı ləğv edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Fox News" telekanalına Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqott bildirib.

"Prezident Tramp və dövlət katibi Marko Rubio dövründə Dövlət Departamenti 250 mindən çox vizanı ləğv edib; bu, Amerika xalqını qorumaq üçün sarsılmaz öhdəliyimizi əks etdirən tarixi bir mərhələdir", - deyə o bildirib.

Piqott nəzərə çatdırıb ki, ABŞ hakimiyyəti tərəfindən viza verilməsi ilə bağlı qəbul edilən hər bir qərar "ölkənin milli təhlükəsizliyinə aid olan" qərardır. O iddia edir ki, fasiləsiz yoxlamalar sayəsində ABŞ cinayət törədənləri, terrorizmi dəstəkləyənləri və ya Amerikanın immiqrasiya sistemindən sui-istifadə edənləri "mümkünsüz miqyasda" aşkar edir.

"ABŞ vizası hüquq deyil, imtiyazdır və əgər siz bu imtiyazın şərtlərini pozsanız, onu itirəcəksiniz", - deyə Piqott əlavə edib.

Məryəm Quliyeva