Əfqanıstanda Pakistanın zərbələri nəticəsində 9 nəfərin həlak olub Dünya

Əfqanıstanda Pakistanın zərbələri nəticəsində 9 nəfərin həlak olub

Pakistanın Əfqanıstan ərazisinə endirdiyi hava hücumları nəticəsində ən azı 9 nəfər həlak olub, 11 nəfər xəsarət alıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Təliban" hökumətinin nümayəndəsi Zəbihullah Mücahid "X" sosial şəbəkəsində bildirib.

O qeyd edib ki, Pakistan hərbçiləri Kunar və Hilmand əyalətlərini bombardman ediblər, bu da mülki şəxslərin həlak olmasına gətirib çıxarıb.

Zərbələr nəticəsində həmçinin üç bina dağıdılıb, - deyə Mücahid əlavə edib.

Sentyabrın 24-də Əfqanıstan XİN İslam respublikasının sərhədyanı Qəndəhar, Xost və Paktiya əyalətlərinin ərazisinə endirdiyi zərbələrə görə Pakistanın Kabuldakı müvəqqəti işlər vəkilini nazirliyə çağırmışdı.

Məryəm Quliyeva