İsrail "Flydubai" insidenti ilə bağlı araşdırmada iştirak edə bilər Dünya

İsrail "Flydubai" insidenti ilə bağlı araşdırmada iştirak edə bilər

İsrail "Flydubai" aviaşirkətinin təyyarəsi ilə baş vermiş insidentin araşdırılmasında iştirak edə bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu "Fox News" telekanalına müsahibəsində bildirib.

"Hücum edən pilot hazırda Səudiyyə Ərəbistanında dindirilir. Düşünürəm ki, o, uçuş etdiyi BƏƏ-yə təhvil veriləcək, biz isə istintaqı izləyəcəyik və ola bilsin ki, orada iştirak da edəcəyik", - deyə Netanyahu bildirib.

O nəzərə çatdırıb ki, istintaq baş verənlərin təfərrüatlarını müəyyən etməlidir. "Beləliklə, biz bunu öyrənəcəyik", - deyə Baş nazir əlavə edib, lakin İsrailin istintaqa konkret hansı formada qoşula biləcəyini dəqiqləşdirməyib.

Məryəm Quliyeva