“HƏMAS-a dəstək regionda gərginliyi artırır”
19 Dekabr 22:46
19 Dekabr 22:46
19 Dekabr 22:24
19 Dekabr 22:18
19 Dekabr 14:16
17 Yanvar 2022 13:31
2 443
Yanvarın 18-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyinin gündüz güclənəcəyi gözlənilir.
Abşeron yarımadasında gecə 0-1° isti, gündüz 4-6° isti,Bakıda gecə 0-1° isti, gündüz 4-6° isti olacaq.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək.
Nisbi rütubət 60-70 % olacaq.
Yanvarın 18-i gündüz Abşeron yarımadasında gilavar küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 0-5° şaxta olacaq.
19 Dekabr 20:27
1 785
19 Dekabr 19:54
1 757
19 Dekabr 19:09
1 778