Naqif Həmzəyev: Azərbaycan Türk dünyasının əsas dayaqlarındandır
17 Sentyabr 22:08
17 Sentyabr 22:08
17 Sentyabr 21:35
17 Sentyabr 20:47
17 Sentyabr 14:23
3 Fevral 2022 09:07
2 436
Zaqatalada polis əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar rayon ərazisində gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən yoxlamalar zamanı iri marketlərdə, eləcə də digər qapalı obyektlərdə bəzi alıcı və satıcıların tibbi maskadan istifadə etmədikləri aşkarlanıb. Onlarla maarifləndirici söhbətlər aparılıb və barələrində inzibati tənbeh tədbirləri görülüb. Sanitar-gigiyenik normaların pozulmasına şərait yaradan sahibkarlara ciddi xəbərdarlıq edilib.
Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən isə ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişin və sürücülər müəyyən olunub. Tələblərə əməl etməyin vacibliyi onların diqqətinə çatdırılıb. Həmçinin, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan, COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər aşkarlanaraq barələrində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.Ümumilikdə keçirilən reydlər zamanı karantin rejiminin qaydalarına riayət etməyən 18 nəfər inzibati məsuliyyətə cəlb olunub.
17 Sentyabr 16:53
714
17 Sentyabr 16:45
714
17 Sentyabr 16:13
798




