Bu ilin 11 ayında narkomaniya ilə bağlı 7 min 441 cinayət faktı aşkarlanıb
Yazıçı Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olacaq
Yarım milyonluq dələduzluqda ittiham edilən sahibkarın cinayət işi məhkəmə baxışına verilib
Faiq Mahmudov: Dezinformasiya klassik təhlükəsizlik anlayışının ayrılmaz hissəsinə çevrilib
7 Fevral 2022 13:00
2 107
"AzerGold" QSC fəaliyyət göstərdiyi 5 il ərzində 255,6 min unsiya qızıl, 484,5 min unsiya gümüş hasil edib.
"Xalq Cəbhəsi"nin məlumatına görə, bunu səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.
"Ötən il də “AzerGold” yataqların mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsalat proseslərinin optimallaşdırılması üzrə bir sıra vacib addımlar atılıb. Hesabat ilində hasilat göstəriciləri 61,5 min unsiya qızıl, 134,4 min unsiya gümüşə çatdırılıb. Beləliklə, qızıl hasilatı plandan 11 %, gümüş hasilatı isə 55 % daha artıq icra edilib. 2020-ci illə müqayisədə 2021-ci ildə qızıl hasilatı üzrə 2,5 %, gümüş hasilatı üzrə 10,9 % artım qeydə alınıb”, - deyə o, qeyd edib.
12:02
0
11:47
371
11:45
336