
“Ailə həkimliyi – sağlam cəmiyyətin açarıdır”
21 Oktyabr 22:37
21 Oktyabr 22:37
21 Oktyabr 18:51
21 Oktyabr 15:49
“Ailə həkimləri çox yüklənib, sistem bu vəziyyətdə effektiv işləyə bilməz”
Zelenski: Rusiya ordusunun zərbələri nəticəsində ikisi uşaq olmaqla, 6 nəfər ölüb
Paşinyan: Vaşinqton bəyannaməsi regionun inkişafına xidmət edəcək
Baş nazir: Tbilisi İpək Yolu Forumu beynəlxalq platforma kimi formalaşıb
Əli Əsədov: Azərbaycan və Gürcüstan regional əməkdaşlığın gücləndirilməsində aparıcı rol oynayır
Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən Sərdar Namazovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib.
Qeyd edək ki, ötən il oktyabrın 25-də Binəqədi rayonu, Biləcəri qəsəbə sakini 52 yaşlı Gülnarə Namazovaya xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri 64 yaşlı Sərdar Namazovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gülnarə Namazovanın baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr vuraraq onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb. Sərdar Namazov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.