Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
28 Dekabr 2022 19:26
8 379
“Maya” sənədli filminin çəkilişləri yekunlaşıb.
Bu barədə APA-ya filmin ssenari müəllifi və rejissoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Xəyal Rza məlumat verib.
O bildirib ki, filmin çəkilişlərinə artıq yekun vurulub: “Sənədli film hazırda montaj prosesindədir, 2023-cü ilin ilk aylarında təqdim olunacaq”.
Rejissor filmin əzablı, iztirablı qadın taleyindən bəhs etdiyini vurğulayıb: “Filmin qəhrəmanı Maya, iki müharibə görüb. Uşaq yaşlarından dəhşətli faciələr yaşayıb: köçkün həyatı, erkən evlilik, ərəblə izdivac, məşəqqətli həyat, puç olmuş arzular, ümidlər... Çəkilişləri Ağdam, Bərdə və Sabirabadda gerçəkləşib”.
Filmin operatoru Rafiq Əliyev, operator assistenti Kənan Fərzəliyev, montajçı Aydan Əhmədova, prodüseri Tahir Tahiroviçdir. Filmin bədii rəhbəri görkəmli kinorejissor, Xalq artisti Oktay Mir-Qasımdır.
24 Oktyabr 14:18
1 834
23 Oktyabr 12:36
2 611
22 Oktyabr 12:40
3 080