
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Türkiyənin məşhur kino və teatr aktyoru Kenan İşık vəfat edib.
AZƏRTAC xəbər verir ki, qardaş ölkə televiziyasında yayımlanan “Kim milyoner olmaq istəyir” proqramının aparıcısı kimi tanınan aktyor 2014-cü ildə beyninə qan sızmasından sonra uzun müddət komada qalıb. Müalicəsi on il davam edən Kenan İşık bu gün 76 yaşında dünyaya gözlərini əbədi yumub.
Bir çox ekran və səhnə əsərləri ilə tanınan sənətçi 2000-ci ildən başlayaraq on il ərzində ölkənin müxtəlif televiziya kanallarında aparıcılıq edib.
Ssenarist və rejissor kimi fəaliyyətlərinə görə müxtəlif beynəlxalq mükafatlara layiq görülən K.İşık, eyni zamanda, bir sıra kitabların müəllifidir.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2017-ci ildə “Kenan İşık” adına mükafat təsis edilib.