İsrail ordusunun Livandakı Bofor qalasını ələ keçirməsi ilə bağlı görüntülər yayılıb
Azərbaycanda bəzi ərazilərdə yağış yağır, küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
"Yeni Konstitusiyanın qəbuluna ehtiyac var"-Qüdrət Həsənquliyev
SEPAH ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb
Tramp: İran nüvə silahı hazırlamamağa və əldə etməməyə razılaşıb
17 İyun 2025 13:43
5 677
“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyində “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı layihənin icrasına başlanılıb.
Bu barədə AZƏRTAC-a məlumat verən birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd Qərbi Azərbaycana qayıdış konsepsiyasına dəstək olmaqdır. Layihədə nəzərdə tutulan məqsədə çatmaq üçün əsasən Qərbi Azərbaycanda və eləcə də digər bölgələrdə yaşayıb-yaratmış aşıqların poetik yaradıcılığından seçmələrdən – Qərbi Azərbaycandakı yer-yurd adlarını, bu qədim torpaqlarımızda yaşamış soydaşlarımıza qarşı zaman-zaman ermənilərin törətdikləri vəhşilikləri əks etdirən şeirlərdən ibarət kitab hazırlamaqla Qərbi Azərbaycandakı tarixi yurdlarımızın aşıqların sazında-sözündə yaşadığını diqqət önünə gətirməkdir.
M.Nəbioğlu, həmçinin əlavə edib ki, layihənin həyata keçirilməsində əsasən Qərbi Azərbaycan aşıqları və onların poetik yaradıcılığında bu bölgənin mövzusuna üstünlük veriləcəkdir. Bu da onunla bağlıdır ki, bu qədim torpaqlarımızda yaşamış soydaşlarımız zaman-zaman erməni vandallarının vəhşilikləri ilə üzləşib, soyqırımı və qırğınlara məruz qalıb, öz dədə-baba yurdlarını tərk etməyə məcburi olublar. Onların şeirlərində ermənilərin törətdikləri vəhşiliklər öz əksini tapır, eyni zamanda bu şeirlər qədim yer-yurd adlarının öyrənilməsi və yaşadılması baxımından əhəmiyyətlidir.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir.
28 May 12:14
2 233
26 May 16:52
3 045
26 May 16:41
2 492